Mülkiyyət
Mülkiyyət münasibətləri insanlar arasında meydana çıxan bütün münasibətlərin əsasını təşkil edir. Onun meydana gəlib formalaşmasını cəmiyyətdən kənarda axtarmaq düzgün olmazdı. Başqa sözlə, cəmiyyətlə heç bir əlaqəsi olmayan, ondan təcrid olunmuş halda meşədə, yaxud da insan yaşamayan hər hansı bir adada tək-tənha ömür sürən şəxsi mülkiyyətçi hesab etmək düzgün deyildir.
Digər tərəfdən, mülkiyyət münasibətləri şeylərlə, birinci növbədə investisiya əmtəələri, yəni mülkiyyətin ob-yekti ilə əlaqədardır. Mülkiyyətin obyekti insanların nəyə, hansı nemətlərə, hər şeydən əvvəl investisiya əmtəələrinə sahib olmalarını göstərir. Məsələn, mülkiyyətin obyektinə torpaq, yeraltı sərvətlər, meşələr, sular, dəmir yolları, banklar, firmalar (müəssisələr), sığorta şirkətləri və s. daxildir. Deməli, mülkiyyət münasibətlərini obyektsiz təsəvvür etmək olmaz. Bununla birlikdə, mülkiyyət münasibətlərini mül-kiyyətin obyekti ilə eyniləşdirmək də düzgün deyildir.
Davamı →